"Mane olmasalar, Azərbaycan Qarabağı bir həftəyə qaytarar"
Featured

28 Fevral 2018

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Azərbaycanlıların Avropa Konqresinin qurultayında çıxış edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, Azərbaycanın regionda ən döyüşkən və hərbi-texniki planda ən mükəmməl orduya malik olan ölkə olduğunu bildirib: "Azərbaycan hər il öz təhlükəsizliyinin təmin edilməsinə 3-4 milyard dollar xərcləyir.

Dövlətimiz gücünü aprel müharibəsində də nümayiş etdirdi. Bizə mane olmasalar, bir həftəyə, maksimum bir aya bütün işğal olunmuş ərazilərimizi qaytara bilərik".

O, deyib ki, Azərbaycan militarist dövlət deyil, lakin gələcəkdə işğal altında olan torpaqlarını qaytarmaq məqsədilə müdafiə qabiliyyətini möhkəmləndirməyə məcburdur.

Ə.Həsənov onu da qeyd edib ki, Avropada Azərbaycana və azərbaycanlılara qarşı şaxələnmiş şəbəkəyə malik, Brüsseldə, Londonda, Parisdə mərkəzləri olan güclü erməni diasporu fəaliyyət göstərir: "Onlar çox güclüdürlər, Avropa elitası ilə güclü və sıx əlaqələri var. Sözün əsl mənasında, bu qeyri-bərabər döyüşdür".

Top
JoomlaLock.com All4Share.net