Ermənilər Ərdəbil şeyxinə böhtan atdılar-VİDEO
Featured

28 Fevral 2018

İran İslam Respublikasının Ali Rəhbərinin Ərdəbil Vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyyid Həsən Amili haqqında ermənilərin başlatdığı iyrənclik davam etməkdədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu günlərdə Ermənistan mətbuatı Ayətullah Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib. Guya Seyyid Həsən Amili Qarabağ müharibəsində Ermənistanın mövqeyini dəstəklədiyini deyib.

Lakin Ayətullah Seyyid Həsən Amili hər zaman xütbələrində Qarabağda Şəhid olmağa hazır olduğunu bildirib və Qarabağın Azərbaycan torpaqları olduğunu hər dəfə vurğulayıb.

Bu barədə onun mətbuat katibi də açıqlama paylaşıb: "İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq".

Qeyd edək ki, hazırda Azərbaycan nümayəndə heyəti Həsən Amilinin dəvəti ilə Ərdəbildə rəsmi səfərdədir. Səfərin məqsədi qardaş ölkədə Xocalı soyqrımını təbliğ etmədkdir.

Azərbaycan nümayəndə -Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodrmaturq Eldəniz Quliyev, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova və digər qonaqlar fevralın 26 -da Ayətullah Seyyid Həsən Amili ilə görüşüblər. O, qonaqları salamlayıb və Xocalı soyqrımı haqqında fikirlərini bölüşüb.

Daim Qarabağ həqiətlərini dünyaya çatdırmağa çalışan Seyyid Həsən Amili nə zaman müharibə başlasa ön cəbhədə Azərbaycan torpaqlarını qorumağa və Şəhid olmağa hazır olduğunu bildirib.

Top
JoomlaLock.com All4Share.net