26 yaşlı Sırxavənd faciəmiz-VİDEO
Featured

05 Mart 2018

Ağdamın Sırxavənd kəndində baş verən faciədən 26 il ötdü.
Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsindəki Sırxavənd kəndi Xaçın çayının sol sahilində yerləşir. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli ərazidədir.

60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola "daşnak yolu" deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi  kəndlərin əhatəsində yerləşir.

Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmayıb.  

Bu gün bu kəndin tarixə yaşadığı ən dəhşətli faciədən 26 il ötür. 5 mart 1992-ci ildə erməni ordusu Sırxavənd kəndini atəşə tutub.

Hücum nəticəsində kəndin 10 sakini həlak olub.

Qarabağın bu qədim yurdu XX əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalıb, yerlə yeksan edilib.

1992-ci il iyunun 3-də Sırxavənd batalyon komandiri Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub.

Top
JoomlaLock.com All4Share.net