Armen Sarkisyan: "Qarabağ bizə milli qürurumuzu qaytardı"
Featured

10 Aprel 2018

Bu gün Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyanın andiçmə mərasimi olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Armen Sarkisyan andiçmə mərasimində Qarabağı işğal etmələrindən qürur duyduqlarını bildirib: "Qarabağın azad olunması bizə milli qürurumuzu qaytardı. Bu gün heç kim şübhə etməsin ki, Ermənistan və bütün erməni xalqı Qarabağın müdafiəsinə hazırdır".

Armen Sarksiyanın andiçmə mərasiminə xarici qonaqlar da qatılıb. Özbəkistanın və Qətərin rəsmi nümayəndələri Ermənistanla dostluq münasibətlərini gücləndirmək mövzusunu müzakirə ediblər.

Top
JoomlaLock.com All4Share.net