Təyyarəçi olmaq istəyirdi, təyyarədə Şəhid oldu
Featured

13 Aprel 2018

Bu gün Qarakənd faciəsi zamanı şəhid olan jurnalist Osman Mirzəyevin doğum günüdür.

Vetenugrunda.az oxuculara Şəhid jurnalistimizi yazıçısı və publisist Osman Mirzəyevi xatırlatmaq üçün onun həyatına nəzər saldı.

Osman Mirzəhüseyn oğlu Mirzəyev 13 aprel 1937-ci ildə Keşlə qəsəbəsində dünyaya göz açıb. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçüb. 

Orta təhsilini 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayıb. Məhz bu qəzet jurnalist-Mirzəyevin dünyagörüşünün formalaşmasında, yaradıcılıq inkişafının yüksəlməsində mühüm rol oynayıb.

ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra o, "Molodyoj Azerbaydjana" qəzetində 7 il müddətində əmək fəaliyyətini davam etdirir. Gənclərin mətbu orqanında sıravi tərcüməçi kimi işə başlayan Osman Mirzəyev sonralar bu qəzetin məsul katibi vəzifəsinədək yüksəlib.

Qəzetin onun həyatındakı rolunu jurnalistin özü belə qiymətləndirir: "Molodyojka"ya xüsusi rəğbətim var, çünki bu, mənim jurnalistikada ilk illərim idi və onlar ilk məhəbbət kimi mənə əzizdir. "Molodyojka" cəsarəti, qeyri-ənənəvi təfəkkürü, yeni dünyagörüşü ilə daim seçilb". Uzun illərdən sonra, artıq Azərbaycan SSR-in əməkdar jurnalisti olan Osman Mirzəyev yazırdı: "Molodyojka", həm də jurnalist kadrları üçün bir məktəbdir".

1968-1990-cı illərdə "Vışka"da çalışan Osman Mirzəyev qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri vəzifəsindən məsul katib vəzifəsinədək böyük yaradıcılıq yolu keçib. 1978-ci ildə isə o, redaktor müavini vəzifəsinə təyin olunub.

Osman Mirzəyevin təşəbbüsü ilə "Vışka" qəzetinin nəzdində yaradılan fəhlə-müxbirlər məktəbi bir neçə il ərzində fəaliyyət göstərib. O, həmçinin gənc əməkdaşların peşə təhsilinə də xüsusi diqqət yetirib.

Картинки по запросу osman mirzəyev

Osman Mirzəyev mövcud həqiqətləri jurnalist şərəf və ləyaqəti ilə olduğu kimi qələmə alırdı. İctimai həyatın bir çox sahələrində hökm sürən çatışmazlıqları çəkinmədən öz məqalələrində əks etdirirdi. Təbii ki, bu da yüksək rütbəli şəxslərin narazılığına səbəb olurdu. 

O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi "Dalğa" verilişinin yaradıcılarından idi. Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. Həftənin cümə günləri axşam saatlarında efirə çıxan "Dalğa" verilişi qısa müddət ərzində ölkənin Azərbaycan, eləcə də rusdilli əhalisi arasında böyük rəğbət qazandı. 

1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin olunur.

Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsinə təyinatı onun tələbələrinin də böyük sevincinə səbəb oldu: "Eşidəndə ki, prezidentin "komanda"sında mətbuatla əlaqələr şöbəsinə bizim müəllim rəhbərlik edir, çox sevindik. Həm ona, həm də özümüzə görə. Ona görə ki, respublika rəhbərliyi ilə, peşəkarlığı ondan öyrənmiş jurnalistlər arasında "rabitəçi" ancaq bu adam ola bilərdi".

Yazıçı Mirzəyevin yazdığı kitablar da böyük uğur qazanmışdır. "Qartal uçuşda", "Damla və göl", "Bir dəfə yaşayırıq" oçerklər topluları, həmçinin "Adlarımız" kitabı onun qələminin məhsulu olaraq, bu gün də oxucuların stolüstü kitablarıdır. Xüsusilə "Adlarımız" kitabı müəllifin ən sevimli əsəri olmaqla, xalq arasında öz populyarlığını hələ də itirməmişdir.

Peşəkar ustalığı, dərin təfəkkürü, həyat təcrübəsi və bir çox digər keyfiyyətləri Osman Mirzəyevə oxucuların, eləcə də uzun illər ərzində dərs dediyi universitetdə jurnalistika fakültəsinin tələbələrinin sevgisini qazandırmışdı.

Картинки по запросу osman mirzəyev

Qarakənd faciəsi

Onun həyata və insanlara olan dərin marağı, azad düşüncə qabiliyyəti cəzbedici qüvvəyə malik idi. Ən başlıcası isə o, jurnalist amalına daim sadiq qalaraq, heç bir vəchlə vicdanına qarşı çıxmırdı. Məhz Osman Mirzəyevin "Vışka" qəzetində dərc olunan "Mir tvoemu domu, brat-karabaxets" və "Madonna iz Sadaraka" məqalələri cəmiyyətdə böyük əks-səda doğurdu və ölkə rəhbərliyinin təşvişinə səbəb oldu. Bu məqalələrdə müəllif Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirməkdə vasitəçi olan Moskvanın siyasətini kəskin tənqid atəşinə tutmuşdur.

20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun vurulması nəticəsində şəhid oldu.

Qəribədi, ən böyk arzusu təyyarəçi olmaq, göylərə uçmaq olan Osman Mirzəyevin ömrü göylərdə, təyyarədə sona çatdı.

Похожее изображение

Sevinc Osmanqızı

Şəhid jurnalistimiz Osman Mirzəyevin qızı Sevinc Osmanqızı atasının yolunu davam etdirir. Onun youtube kanalında minlərlə izləyicisi var.

Top
JoomlaLock.com All4Share.net