Quşçulardan boylanan Şəhidimiz-VİDEO
Featured

16 Aprel 2018

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Rizvan Teymurovun doğum günüdür.

O, 1967-ci ildə, aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirib.

1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan polis alayına yazılır. 

Elə ilk günlərdən də, döyüşlərə atılır.Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

Top
JoomlaLock.com All4Share.net