İranda keçirilən konfransda ermənilərə böyük zərbə

11 May 2018

Azərbaycanlı tələbələr beynəlxalq konfransda İrəvanın tarixi torpağımız olduğunu elmi şəkildə sübut edib.

Xəbər verdiyimiz kimi İranda keçirilən "Şiənin İslam elmlərinin inkişafında rolu" adlı beynəlxalq konfrans davam edir. Konfransın ikinci hissəsində "Region haqda araşdırmalar" təqdim edilib.

Region haqda araşdırma komitəsinin müdiri Höcccətül-islam Təhəyyüri bu komitənin yaranması haqda danışaraq bildirib ki, "Şərq" və "Qərb" olmaqla iki hissəyə bölünən komitədə dünya alimləri tərəfdən islam alimləri barədə on dörd cild kitab hazırlanıb.

Konfransın Qafqaz üzrə nümayəndəsi Əli Baqirov və digər azərbaycanlı alim Ramil Əzimov "Qafqaz və Səmərqənd-Buxaranın şiə alimləri" haqda kitabı təqdim ediblər. Bildirib ki, Qafqaz - xüsusilə Azərbaycan torpağı müsəlman cəmiyyətinə müxtəlif dini sahələrdə - Quran elmləri, hədis, fəlsəfə, kəlam, irfan, fiqh vəs. böyük alimlər və görkəmli şəxsiyyətlər yetişdirib.

Qeyd edək ki, kitabın yazılmasında əsas məqsəd Qafqazın, xüsusilə Azərbaycan islam alimlərinin və ilahiyyatçılarının İslam elmlərinin yaranmasında və inkişafındakı rolunu göstərməkdir. Bu məqsədlə kitabda azərbaycanlı alim və ilahiyyatçılarının həyatı, təhsili, elmi əsərləri, elmi-ictimai fəaliyyətləri barədə geniş və ətraflı məlumat verilib.

Hətta Şeyx Səduq və Şeyx Tusinin ustadlarının Azərbaycanın Bərdə şəhərindən olması da diqqətə çatdırılıb.

Kitabda Tiflis, Dərbənd, xüsusilə İravan alimləri barədə geniş məlumatlar yer alıb. Qeyd edilib ki, hazırda Ermənistanın paytaxtı olsa da tarixən İrəvanda azərbaycanlılar yaşayıb. Buna sübut olaraq məscidlərin, dini abidələrin, "İravani" adı ilə məşhur olan alim və müctehidlərin olması açıq-aydın nümunədir. Kitabda elmi dəlillərlə İravanın tarixi torpaqlarımız olması sübut edilib.

Qeyd edək ki, ötən gün səhər başlayan konfrans 2016-cı ilin sonlarından fəaliyyətə başlayıb. 2017-ci ilin əvvəlində məqalələər və kitablar yazılması üçün alimlərə sifariş olunub. 2017-ci ilin noyabr ayına qədər 1200 məqalə konfransa təqdim olunub və sifariş olunmuş kitablar hazırlanıb. Kitab və məqalələr əsasına 50 cilddən çox ensiklopediya hazırlanıb. (maide.az)

Top
JoomlaLock.com All4Share.net