Qarabağ əlili: "Polislər məni öz əsamla döydülər"-VİDEO
Featured

24 May 2018

Şamaxı sakini, 1-ci qrup müharibə əlili Namiq Zərbəliyev deyir ki, mayın 14-də onu Şamaxı Rayon Polis Şöbəsində döyüb iki gün saxlayıblar. Vətəndaş idda edir ki, buna səbəb Şamaxının mərkəzi küçəsində Niva markalı avtomobillə qəza şəraiti yaradan polis işçisinə etiraz etməsi olub.

Namiq Zərbəliyev deyir, maşını birbaşa Şamaxı Rayon Polis Şöbəsinə sürüb ki, rəisə polisin hərəkətlərindən şikayət etsin. Ancaq hər şey əksinə olub. Yol polisinin rəisi ilə söhbətdən sonra onu ictimai təhlükəsizlik bölməsinə salaraq döyüblər.
Vətəndaş şöbədəki özbaşınalıqdan şikayətlənir.

Şamaxı rayon Polis Şöbəsindən isə Meydan TV-yə bildirilib ki, Namiq Zərbəliyev sərxoş vəziyyətdə polis şöbəsinin binasına daxil olaraq polis əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib, ölkə başçısının ünvanına söyüb, onu sakitləşdirmək istəyən polis əməkdaşlarının üstünə cumaraq onlara xəsarət yetirib.

Onun hərəkətləri protokollaşdırılıb və Şamaxı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə vətəndaş barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsilə cinayət işinin icraatına başlanmasına dair qərar çıxarıb.

Şöbədən vətəndaşın döyülməsi ilə bağlı iddiaya cavab verməyiblər.

Top
JoomlaLock.com All4Share.net