Lələtəpə döyüşçüsü baxımsızlıqdan öldü: İnsanlıq onlar üçün bitib!
Featured

07 İyun 2018

Bu gün B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan döyüşçümüz Azər Aslanov dünyasını dəyişib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun əmisi oğulu Tural Aslanlı facebook sosial şəbəkəsində məlumat verib. Məlumatı olduğu kimi təqdim edirik: "Bu dəqiqələrdə Eyvazov adına qan institutunda qan xərçəngindən müalicə alan Lələtəpə döyüşçüsü, əmim oğlu Azər Aslanov keçindi. Allahın yazısı belə imiş.

Ciddi müalicə alsaydı ömrü bəlkə bir neçə il uzanardı. Ancaq quru sözlərdən başqa heç bir kömək göstərən olmadı. Əmioğlu keçinən vaxt mən xəstəxanada idim, xəstəxananın işçilərinin bu qədər soyuqqanlı olduğunu bilmiridm. İnsanlıq onlar üçün bitib.

Həkimlər soyuqqanlılıqla Azərin valideyinlərinə deyirlər ki, "xəstəxanada səs-küy salmayın, onsuzda gec-tez gedəcəkdi". Tüpürüm sizin insanlığınıza, tüpürüm sizin olmayan vicdanınıza. Bu dövlət üçün canından keçməyə hazır olan birisinə qarşı bu qədər alçaqcasına soyuqqanlılıqla yanaşmağı ancaq həkimlər edər". 

Top
JoomlaLock.com All4Share.net