Bu gün Şəhid Seymur Baxışovun doğum günüdür
Featured

12 İyul 2018

Şəhid Teymur Qulamhüseyn oğlu Baxışov Şəhadət zirvəsinə ucalanda 28 yaşı var idi.

Aprel döyüşləri zamanı ordumuzun ən say seçmə hərbiçiləri Şəhid oldu. Bu Şəhidlərdən iki nəfərin bu gün mövlud günüdür. Raquf Orucov və Teymur Baxışov 12 iyulda dünyaya gəliblər.

Əslən Masallı rayonundan olan kiçik gizir Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid oldu.

Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Şəhidimiz 2009-cu ildə ailəli həyatı qurub. Amin adında bir oğlu yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net