Ermənilər Mingəçeviri və Bakını vuracaqmı?
Featured

25 İyul 2018

Son aylar Ermənistan rəhbərliyində təmsil olunanların Azərbaycana təhdidi artmaqdadır. Səbəb bəllidir. Bölgələrimizin 25-30 ildən çox bir müddətdə ermənilərin işğalı altında qalması bu quldurları cürətləndirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ermənistanın baş naziri Nikol Paşniyanın işğal edilmiş tarixi torpaqlarımıza ardıcıl səfərləri və onun ölkəmizi tez-tez təhdid etməsi digər erməni məmurları da üstümüzə ayaq açmağa ürəkləndirir.

Bu günlərdə Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan daha irəli gedərək "Ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasını vuracağıq" deməsi artıq ermənilərin hansı həddə gücləndiklərinin göstəricisidir.

Картинки по запросу Levon Mnatsakanyan

Levon Mnatsakanyan 

Yaxın günlərdə Rusiyada 2 mlyardlıq silah alan Ermənistan hökumətinin müdafiə naziri də öz çıxışlarında daim Azərbaycanı təhdid edir, hətta Bakını vuracaqları ilə hədə -qorxu gəlir.

Top
JoomlaLock.com All4Share.net