Bu gün Şəhid Toğrul Məmmədovun mövlududur
Featured

26 İyul 2018

Aprel döyüşlərində Şəhid olan Toğrul Səyyad oğlu Məmmədov 1988-ci ilin 26 iyulunda Naxçıvanın Babək rayonunda Şıxmahmud kəndində anadan olub.

2002-ci ildə Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə daxil olub və 2005-ci ildə buradan məzun olub. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2009-cu ildə oranı "Taktiki Mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb.

Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində Şəhid oldu. İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində son mənzilə yola salındı.

Top
JoomlaLock.com All4Share.net