Erməni diversant Bakıda necə saxlanır? -VİDEO
Featured

10 Avqust 2018

Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryan Azərbaycan torpaqlarına mina basdırarkən ordumuzun əsgərləri tərəfindən ələ keçirilib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 2014-cü il dekabrın 26-da tutulan erməni diversant Arsen Baqdasaryan ölkəmizdə olduğu müddətdə göstərilən xoş rəftara görə Azərbaycan dövlətinə və prezidentinə təşəkkür edib. 

2015-ci ilin mayın 5-də hakim Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Arsen Baqdasaryana hökm oxunub. Hökmə əsasən, erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfi Arsen Baqdasaryanı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişmək istəsələr də, Ermənistan rəsmiləri bu təklifi cavablandırmayıblar.

Lakin anasının məzarını ziyarət etmək məqsədi ilə erməni işğalında olan öz ana yurduna ayaq basan Dilqəm Əsgərov və Şahbaz Quliyev dəhşətli işgəncələrə məruz qalıb. Ermənistan məhkəməsinin çıxardığı qərara əsasən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Top
JoomlaLock.com All4Share.net