Bu gün 19 yaşlı Şəhidimiz Rövşən Əliyevin ad günüdür
Featured

30 Avqust 2018

30 avqust Azərbaycanın 19 yaşlı Şəhidi Rövşən Əliyevin dünyaya gəldiyi gündür. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əslən qədim Azərbaycan torpaqları Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindən olan Rövşən Əliyevin ailəsi Bakıya köçüb. Rövşən Əliyev də Bakıda- 30 avqust 1972-ci ildə doğulub. 

R.Əliyev 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb.

Rövşən Əliyev Ağdamda yaradılmış Milli Müdafiə Taborunda döyüş meydanına atılıb. O, Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq alıb: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır". Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən 19 yaşlı döyüşçümüz 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə aldığı güllə yarasndan Şəhadət zirvəsinə ucalıb.

Şəhadətindən sonra ona Milli Qəhrəman fəxri adı verilib. Eyni zamanda bu gün Bakı küçələrindən biri Şəhidimizin xatirəsinə Rövşən Əliyevin adını daşıyır. Ruhu şad olsun!

Top
JoomlaLock.com All4Share.net