Qarabağ müharibəsində yaralanan Aminin bədəni çürüyür-SAHİBSİZLİKDƏN-VİDEO
Featured

30 Avqust 2018

Amin Sadıqov iki il aprel döyüşlərində iştirak edib. Müharibədən sonra onun ayaqları tutulub və yeriyə bilmir.

Döyüşlərdə yaralanan Amin Bakıdakı Hərbi Hospitala gətirilib. Orada altı ay qaldıqdan sonra təxris olunub. İki il yarımdır ki, əlil arabasında qalıb.
Amin Sadıqov həftədə bir dəfə şoka girir.

Qıcolması tutur, təzyiqi də yüksəlir. Yaralanandan sonra ona 8800 manat siğorta pulu ödənilib. Ancaq deyir ki, bu pul müalicəsi, ayağa qalxması üçün yetərli deyil.

Bu səbəbdən də müalicəsi üçün 10 min kredit götürüb. Aldığı pensiyasının yarısı kreditlərə, yarısı da dərmanlara xərclənir. Umduğu köməyi yetkililərdən görmədiyini deyir.

Keçmiş əsgərin təkcə bədənində deyil, ürəyində də yaralar var. Tez-tez şəhid xəbərləri gəlirdi Amin buna dözməyib, yenidən hərbi xidmətə yollanmışdı. Bu yolda hər acıya dözərəm deyirdi. İndi isə dövlətin laqeydliyinin onu paramparça etdiyini dilə gətirir. Hətta bir il öncə Prezindent Administrasiyasına qəbula üz tutanda onu həbsə yollayıblar.

2016-cı il aprelin 2-də qızışan döyüşlər ayın 5-nə qədər davam etdi, hər iki tərəf ağır itki verdi, onlarla hərbçi, mülki şəxs yaralandı, həyatını itirdi. O zaman yaralanan əsgər valideynləri ilə görüşdə ölkə başçısı İlham Əliyev belə demişdi.
"Həkimlər deyir ki, əsgərlər tam sağalacaq. Onların sağlamlıqları bərpa olunacaq".

Amin Sadıqovun da ayağa qalxıb, yenidən yeriməsi üçün möcüzə gərək deyil. Xəstəxanadan ona bildiriblər ki, bunun üçün 30 min manata ehtiyac var. (meydan tv)

Amin Sadiqov adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net