Bu gün Şəhid Elvin Namazovun mübarək mövlud günüdür
Featured

07 Sentyabr 2018

7 sentyabr aprel Şəhidimiz Elvin Məmməd oğlu Namazovun mübarək mövlud tarixidir.

Vetenugrunda.az oxucularına bu gün Şəhidimiz Elvin Namazovu xatırladacaq.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı) Elvin Namzov 2016-cı ilin 2 aprelində Şəhadət zirvəsinə ucaldı. 

Elvin Namazov 1990-cı ilin 7 sentyabr günündə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirib. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin Namazov 2016-cı ildə baş leytenant rütbəsinə yüksəlir.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Top
JoomlaLock.com All4Share.net