7 sentyabr Milli Qəhrəman Məhərrəm Seyidovun mövlud günüdür
Featured

07 Sentyabr 2018

7 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində Şəhid olan Məhərrəm Mirəziz oğlu Seyidovun mübarək mövludu günüdür.

Vetenugrunda.az bu gün oxucularına Şəhid Məhərrəm Seyidovu xatırladacaq.

O, 1952-ci ildə Şərur rayonunun Alışar kəndində dünyaya göz açıb. 1969-cu ildə Alışar kəndindəki Nəriman Nərimanov adına orta məktəbi bitirib.

Məhərrəm Seyidov Bakı Xüsusi Milis Məktəbini də bitirdikdən sonra milis kapitanı rütbəsi ilə Şərur rayonunda baş inspektor işləyib.

1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlər zamanı Azər adlı polis kapitanı mühasirəyə düşür. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürür. O, vuruşaraq polis kapitanının yanına çata bilir. Bu döyüşdə Məhərrəm Seyidov son nəfəsinə qədər döyüşür və Şəhid olur.

Top
JoomlaLock.com All4Share.net