Bu gün Şəhidimiz Müşviq Orucovun mübarək mövlududur
Featured

18 Sentyabr 2018

Bu gün Aprel döyüşlərində Şəhadət zirvəsinə ucalan Müşviq Orucovun mübarək mövlududur.

Müşviq Orucov 1994-cü ildə Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub.

Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış.

Əsgəri xidməti zamanı da bacarığı ilə böyük hörmət qazanır. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb.

Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Ermənilərlə döyüşdə qəhrəmancasına Şəhid oldu.

Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud" qəbristanlığında torpağa tapşırılıb. Ruhu şad olsun!

Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Top
JoomlaLock.com All4Share.net