Şidli Şəhidimiz Zöhrab Mirzəyev
Featured

22 Sentyabr 2018

Bu gün Şəhid Zöhrab Mirzəyevin mübarək mövlud günüdür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, 1974-cü ildə sentyabrın 22-də Azərbaycanın Vedi bölgəsində, Şidli kəndində anadan olub. 1981-ci ildə Şidli kəndində 1-ci sinifə gedib. 1988-ci ildə məlum səbəblərə görə qaçqın düşüb Xətai rayonunda məskunlaşıb.

Orta məktəbi Xətai rayonunda 116 saylı orta məktəbi bitirib və sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə verib və 2 imtahandan sonra kəsilib. Universitetdən kəsiləndən sonra Azəristilik təchizatda elektrik mantyoru işləyib.

1992-ci ilin avqustun 11-i könüllü olaraq cəbhə bölgəsinə gedib. Avqustun 16-sı Ağdam rayonunun Yenikənd və Gülablının azad olunmasında uğurunda gedən döyüşlərdə Şəhid olub.

Şəhidlər Xiyabanında dəfn olunub.

Top
JoomlaLock.com All4Share.net