Ağababalı Şəhid Mikayıl Mustafayev
Featured

03 Oktyabr 2018

Bu gün Şəhid Mikayıl Murtuzəli oğlu Mustafayevin doğum günüdür. O, 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olub.

1981-ci ildə həmin kəndə orta məktəbə gedən Mikayıl 1988-ci ildə ermənilərin soydaşlarımızı ata yurdundan qovması nəticəsində didərgin düşür. O, ailəsi ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşır.

Orta məktəbi Bayan kəndində bitirdikdən sonra hərbi xidmətə çağrılır. Vətən üğrunda gedən doyüşlərdə iştirak edir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə Şəhid olur. Mikayıl Mustafayev Daşkəsən şəhərində Şəhidlər Xiyabanında dəfn olunur. Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilir. 

Top
JoomlaLock.com All4Share.net