Xılın qəhrəman oğlu Elşad Hüseynov
Featured

08 Oktyabr 2018

8 oktyabr Şəhid Elşad Hüseynovun döğum günüdür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Elşad 1960-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olan E.Hüseynov daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə can atır. 

Elşad Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salır. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər.

Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisi, vətənini canından çox sevən Elşad Hüseynov Şəhadət zirvəsinə ucaldı.

Ailəli idi. Üç qız övladı yadigar qaldı. 

Ölümündən sonra Elşad Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. 

Masallı rayonunun Xıl kəndində dəfn edilib.

Masallı rayonunda adına küçə var. Xıl kəndində büstü qoyulub.

Top
JoomlaLock.com All4Share.net