Məzarı da özü kimi qərib olan Şəhidimiz-Ruhin
Featured

10 Oktyabr 2018

Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabrında Biləsuvar rayonunda dünyaya gəlib. O, dünyaya gələndə artıq Qarabağ müharibəsinin acısını dadmışdı. Ruhin ata-baba yurdunda deyil, qaçqın çadırında doğuldu. Çünki ermənilər o, dünyaya gəlməzdən bir il öncə, 1993-cü ildə Cəbrayılı işğal etmişdilər. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Qarabağ müharibəsində Şəhid olub.

Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salınıb. Ruhinin ata-anası, özü kimi məzarı da qərib oldu. 

Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Ruhinin atası Hökumət Qəhrəmanov da Qarabağ müharibəsinin veteranıdır. Atası kimi cürətli, vətənpərvər olan Ruhin şəhadətə qovuşmazdan bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni əsgərini məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra "N" saylı hərbi hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılıb. 

Allah rəhmət eləsin…

Top
JoomlaLock.com All4Share.net