Dünya azərbaycanlıları Qarabağın azadlığı uğrunda yeni Hərəkata qoşuldu -DAQAH
Featured

12 Oktyabr 2018

Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının (DAQAH) məqsədi təkcə Azərbaycandakı deyil, bütün dünyadakı azərbaycanlıları bir niyyət ətrafında birləşdirməkdir. Bu gün hər bir azərbaycanlı üçün ən önəmlisi, ən vacib olanı Qarabağı, erməni işğalında olan torpaqları azad etməkdir. DAQAH-ın da məqsədi Qarabağın azadlığına qovuşmaqdır.

Hərəkat növbəti toplantısında Qarabağ işğalının dünyaya tanıdılması məsələsini müzakirə edib.

Müzakirədə DAQAH üzvləri-Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının rəhbəri, Qarabağ qazisi Rövşən Əhmədli, erməni vandalizmini araşdıran tarixçi alim Xaqani İsmayıl, jurnalist Rahim Qədimov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Limunət Əmrahlı, Məzahir Məmmədli, Xuraman Bağırova iştirak ediblər.

DAQAH-nın üzvləri bu görüşdə eyni zamanda Hərəkatın dünyanın müxtəlif nöqtələrində bürolarının yardılması haqqında fikir mübadiləsi aparıblar.

Məsələ ilə bağlı çıxış edən Qarabağ qazisi, DAQAH–ın Təşkilat Komisətinin sədri Rövşən Əhmədli bilirdi ki, artıq 4 aydan çox müddət ərzində özündə dünya azərbaycanlılarını birləşdirən “Demokratik Azərbaycan” virtual qrup sosial şəbəkədə böyük marağa səbəb olub: “Bu qrup öz fəaiyyətinin məqsəd və məramnaməsini Qarabağın işğaldan azad edilməsi istiqamətinə yönəldib. Bu məqsədlə yeni bir ictimai təşkilatın yaradılmasının əsası qoyulub. Onun təşkilat Komisəti yaradılıb. TK yerli nümayəndəliklərin yaradılması barədə qərar çıxarıb. Bu gün biz buraya həmin qərarın icrası üçün toplaşmışıq. Məqsədimiz DAQAH-ın Azərbaycan bürosunu yaratmaqdır.

Məsələ ilə bağlı X.İsmayıl, L.Əmrahlı və M.Məmmədli fikir bildirərək bunu vacibliyini qeyd etdilər. DAQAH-ın Azərbaycan bürosunu konfransına qədər sədrlik Rövşən Əhmədliyə həvalə olundu.

Azərbaycanın bölgələrində DAQAH-ın yerli təşkilatlarının və Azərbaycan bürosunun xarici əlaqələr, mətbuatla iş katibliyinin yaradılması təklifi ilə X.İsmayıl çıxış etdi. Bu sahədə aparılmalı olan işlər barədə məlumat verdi. Xarici əlaqələr və mətbuat katibliyi üzrə işləri tənzimləmək R.Əhmədliyə, X.Bağırovaya tapşırıldı.

Daha sonra cari məsələlərlə bağlı Azərbaycan bürosunun Bakı şəhərində görəcəyi işlər, təşkilati məsələlər və üzvlərin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi, ilkin maliyyə məsələlərinin həlli müzakirə olundu.

Top
JoomlaLock.com All4Share.net