Zəncanda "Qarabağ islam torpağıdır" mövzusunda konfrans
Featured

16 Oktyabr 2018

İranın Zəncan şəhərində "Qarabağ islam torpağıdır" mövzusunda beynəlxalq tədbir keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İran İslam Respublikasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Zəncanlı gənclərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər davam edir.

Azərbaycan nümayəndə heyəti ilə yanaşı konfransda İrandan olan ziyalılar, din alimləri, tələbələr iştirak ediblər.

İranda keçirilən konfransa Azərbaycandan Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) sədri, Qarabağ qazisi Rövşən Əhmədli, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev, Vətəndaş İnkişafı Partiyasının sədri (VİP) Əli Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, şəqrşünas alim Əkrəm Bağırov, QAT sədri Akif Nağı, QAT sədrinin müavini İlqar Əli və KİV nümayəndələri dəvət edilib.

Zəncanda baş tutan tədbirdə işğalçı Ermənistana xəbərdarlıq edilib. Eyni zamanda daim terrorla üz-üzə qalan islam dünyasına vəhdət çağırışı edilib. 

Zəncan İslami-Azad Universitetinin beynəlxalq siyasət müəllimi Seyyid Fərşid Cəfəri qonaqları salamladıqdan sonra ölkələrimiz arasında olan ayrılmaz bağlardan danışıb və sonda "Gözümüzü Qarabağa dikmişik" deyib. 

Din alimi Mamusta Əbdülsəlam Qarabağ müharibəsindən danışıb və İran dövlətinin daim Azərbaycan dövlətinin yanında olduğunu bildirib.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli çıxışı zamanı tədbirin çox önəmli olduğunu vurğuladı və dedi ki, bizim gözəl Zəncanımızda belə bir tədbirin keçirilməsinə çox şadam. 

R.Əhmədli "Qarabağ münaqişəsi" ifadəsinə etirazını bildirdi: "Qarabağ münaqişəsi ifadəsi düzgün deyil. İran-İraq müharibəsi var idi, münaqişə idimi? Xeyr! İraq İranın ərazisinə soxuldu və İran toparlanıb işğalın qarşısını aldı. Qarabağ da işğal olunub. Bu Qarabağ müharibəsidir".

R.Əhmədli daha sonra İranın Qarabağ müharibəsinin şiddətli dönəmində qardaş Azərbaycana əl tutmasından, etdiyi kömək ilə bağlı öz fikiirini bildirdi: "Qardaşıqsa, qardaş qardaşa əl tutar, borc verməz ki. Əslində siz də Qarabağın işğalını öz torpağınızın işğalı saymalısız. Eyni zamanda bütün müsəlmanlar islam torpağı olan Qarabağın işğalına qarşı etiraz etməlidir. Çünki Qarabağ müharibəsində bütün xristian dünyası Ermənistanın tərəfindədir, işğalçı Ermənistanı himayə edirlər. Ümid edirik ki, inşallah Qarabağ qələbəsinin konfransını keçirəcəyik".

Top
JoomlaLock.com All4Share.net