Qarabağ qazisinin qardaşı: "6 ay müddəti olan şunt bir ildən çoxdur qardaşımın başındadır"
Featured

17 Oktyabr 2018

Qarabağda döyüşlər zamanı gözündən qəlpə yarası alan mingəçevirli hərbiçi Qoşqar Hacıyev komadadır.

Qarabağ qazisinin qardaşı İlqar Hacıyevin Vetenugrunda.az-a verdiyi xəbərə görə, Qoşqar Hacıyevin müalicəsinə həkimlər məsuliyyətsiz yanaşır: "Azərbaycanda həkimlər qardaşımın müalicəsi üçün heç bir söz demirlər. Gəlib baxıb gedirlər. Bayaq Prezident Aparatından zəng edib deyirlər ki, nə lazımdı kömək edərik. Amma əllərindən heç nə gəlmir. Söz deyirlər, konkret iş görmürlər. Həkimlər isə deyir ki bizə zəng edən olmayıb. Gərək bu həkmilərə kimsə zəng edə ki, bunlar qardaşımı müalicə edələr.

Xaricdə müalicəsi var. Türkiyədə qardaşımı müalicə edib sağaldıb göndərdilər Azərbaycana. Azərbaycanda həkimlər qardaşımı pis günə qoydular.

Türkiyədə başındakı iltihabın çirkini çəksin deyə, qardaşımın başına şunt qoydular. Bu şuntun 6 ay müddəti var. Bir il yarımdır qardaşımın başındakı şunt dəyişdirilmədi və qardaşım komaya düşdü. Həkim qardaşımı maşınla müqayisə edir, deyir ki, maşının filan yeri belə olanda nə bilim nə. Məgər mənim qardaşım maşındır?"

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2017-ci ildə Qoşqar Hacıyev Türkiyədə müalicə alıb. Lakin bu müalicə ardıcıl olmadığı üçün qazimiz yenidən komaya düşüb.

Qoşqar Hacıyevin yenidən sağalması üçün aşağıdakı hesab nömrəsinə yardım etməyiniz vacibdir. Qazimizi ölümün caynağından xilas etmək bizim Şəhidlərin ruhu qarşısında və vətən qarşısında ən vacib borclarımızdandır. Gəlin Qoşqar Hacıyevi xilas edək!

Top
JoomlaLock.com All4Share.net