Qubadlı Şəhidi Vasili Əliyev
Featured

20 Oktyabr 2018

Bu gün Şəhidimiz Vasili Əliyevin Şəhadət zirvəsinə ucaldığı gündür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edib.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanıb. Vasili ilk gündən müharibənin ən qaynar nöqtələrində döyüşüb. 

1992-ci ilin 20 oktyabr günü Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olan Vasili Əhməd oğlu Əliyev Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. 

Qubadlının Şəhidlər Xiyabanında dəfn edilən Şəhidimizdə bizə bir qız, bir oğul övladı əmanət qalıb. 

Top
JoomlaLock.com All4Share.net