Qoşqar Hacıyevin həkimi Bakıya gəlib-Mübariz Mənsimovdan örnək addım
Featured

22 Oktyabr 2018

2015-ci ilin sentyabrında düşmən təxribatının qarşını alarkən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət keçən hərbçisi Qoşqar Hacıyev başından ağır yaralanıb.

2017-ci ildə Türkiyədə müalicə alan qazimizin başındakı iltihab çirklənməsin deyə şunt qoyulub. Qazinin qardaşı İlqar Hacıyev VETENUGRUNDA.az-a verdiyi açıqlamasında bildirib ki, Qoşqarın başına qoyulan şuntu 6 aydan sonra təzələmək vacib olsa da aradan bir ilə qədər vaxt keçsə də bu proseduru həyata keçirməyə maddi imkanları olmayıb. Bunun nəticəsində Qoşqarın başında iltihabın ağır fəsadları onu komaya salıb. 16 gün komada qalan qazimizin ağır durumda olduğunu eşidən Türkiyədə yaşayan həmyerlimiz, vətənpərvər iş adamı Mübariz Mənsimov Türkiyədən şəxsi təyyarəsini göndərmək istəyib. Lakin həkimlər Qoşqarın Türkiyəyə ancaq xüsusi tibbi personalla təmin edilmiş təyyarədə getməyini mümkün sayıb. Ona görə də Qoşqar Bakıda müalicəsini davam etdirməli olub: "Qardaşımın Türkiyədəki həkimi Sardar Kayaın Bakıda Ege Hospitalda fəaliyyət göstərdiyini eçidəndə inanmadım. Bu Allahın möcüzəsi idi. Biz Qoşqarı Türkiyəyə həkimi Sardar Kayanın yanına aparmaq istəyirdik. Sən demə, o, artıq Ege Hospitaldaymış. Sardar həkimlə danışdım. Sağ olsun Ege Hospitalın rəhbərliyi qardaşımın hospitalda müalicəsini öz üzərlərinə götürdülər. Qardaşımı Papanin xəstəxanasından hospitala gətirdilər. Artıq Qoşqar hospitalın reanimasiya şöbəsində müalicə alır. Bu arada biz ancaq dərman və digər tibbi peraparatların rekevizitlərini əldə etməliyik. Ege hospitalın rəhbərliyinə, kollektivinə, bizə can yandıran, daim diqqətdə saxlayan deputat Qənirə Paşayevaya və Qoşqardan ötrü narahat olan bütün media işçilərinə, hər bir insana dərin təşəkkürü bildirirəm. Çox sağ olun. Biz sizinlə güclüyük. Tək əldən səs çıxmaz. Məncə öz qazisinə sahib çıxan xalq sabah öz torpağına da sahib çıxacaq inşallah".

 

Top
JoomlaLock.com All4Share.net