Ermənilər Kəlbəcərdə məktəb tikintisinə başladı
Featured

25 Oktyabr 2018

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejim inzibatı cəhətdən Kəlbəcər rayonunun Çərəkdar kəndində yeni orta məktəb binası tikdirir.

Bu haqda erməni nəşrlərinə həmin kəndin "icma rəhbəri" hesab olunan məxluq məlumat verib. İkimərtəbəli olacaq məktəb binası 96 şagird üçün nəzərdə tutulub. Hazırda kənddəki 64 erməni balası 1994-cü ildə tikilmiş köhnə məktəbə gedir.

Xatırladaq ki, Çərəktar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Çərəktar kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net