Qasımlının Şəhid balası Hakim
Featured

25 Oktyabr 2018

Hakim Cəmiyağa oğlu Həsənov 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizcilik Məktəbini bitirib.

Vetenugrunda.az Şəhidimizi doğum günündə oxucuların yadına salmaq istədi.

Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlayıb. Füzuli bölgəsində ermənilərə qarşı vuruşub, sentyabr ayında Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak edib, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərib. 

Hakim Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olub. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilib, iki dəfə məzuniyyət verilib. Lakin o döyüş yoldaşlarından ayrılmayıb, məzuniyyətə getməkdən imtina edib. Hakim 1993-cü il aprelin 3-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olub, Qasımlı kənd qəbristanlığında dəfn edilib. 

Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilib. Subay idi.

Top
JoomlaLock.com All4Share.net