Lavrov Qarabağla bağlı danışıqların şərtlərini açıqladı
Featured

02 Noyabr 2018

Ermənistanda siyasi vəziyyət stabilləşməyənə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi razılığa gəlmək çətin olacaq.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov irəli sürüb.

Onun sözlərinə görə, əldə edilmiş razılıq (Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki görüşündə - red.) ondan ibarətdir ki, əlaqələri davam etdirmək lazımdır.

Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib ki, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır:  "Biz bu razılaşmanı alqışlayırıq. Başa düşürük ki, hələ daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üçün konkret variantlar nəzərdən keçirilsin."(oxu.az)

Top
JoomlaLock.com All4Share.net