Ermənilər Zəngəzurda neft-qaz axtarır
Featured

07 Noyabr 2018

"Ermənistanda neft-qaz ola-ola onu çıxarmamaq vətənə xəyanətə bərabərdir..."

Neçə illərdir ki, işğalçı erməni rejimi Ermənistanda, hətta işğal altında saxladıqları Azərbaycan torpaqlarında neft-qaz ehtiyatları tapılacağına ümidlənib. Son illər bu haqda ara-sıra informasiyalar səslənsə də, heç biri müsbət həllini tapmayıb.

Moderator.az-ın erməni mənbələrindən aldığı yeni məlumata görə, 2018-ci ilin yanvarından kanadalı dağ-mədənçi bir iş adamı tarixi torpaqlarımız olan Zəngəzur ərazisində -Qafan şəhəri ətrafında neft-qaz ehtiyatları kəşfiyyatına girişmək istəyir. Lakin hələki yerli əhalinin onsuz da digər qızıl, mis mədənləri ilə ekologiyası çirklənmiş ərazidə yeni mədənlərin də açılmasına kütləvi etirazları buna imkan vermir.

Kanadalı iş adamı Qraç Cabaryan

Bir müddət öncə Qafan qızıl mədənini istismar edən "Dandi Prişs Metals Qapan" şirkətinə rəhbərlik etmiş, hazırda isə "Armenian Gas and Power Enterprises Inc." (AGAPE) şirkətnin baş icraçı direktoru olan Kanada ermənisi Qraç Cabaryan isə bildirib ki, onların kəşfiyyat işi heç bir şəxsi evə, həyətə, təsərrüfata zərər vurmayacaq.

"Biz səthi kəşfiyyat işləri aparacağıq, əgər neft-qaz tapmasaq, çıxıb gedəcəyik" –deyə iş adamı sakinləri əmin edib. Eyni zamanda erməni sahibkar bildirib ki, Ermənistanda neft-qaz ola-ola onu hasil etməmək vətənə xəyanətə bərabərdir.

"Ermənistanda neft-qaz ehtiyatları olması barədə məlumatlar hələ sovet dövründə meydana çıxıb. "Son 25 ildə isə bəzi xarici şirkətlər, o cümlədən Amerika şirkətləri bu cür məlumatlar əldə edib. Bizim bu işə hələlik 35 milyon dollar sərmayə qoymaq fikrimiz var. Əgər Ermənistanda neft-qaz tapılsa, bu, ölkənin iqtisadiyyatını stabilləşdirəcək..." –deyə şirkət rəhbəri vurğulayıb...

Top
JoomlaLock.com All4Share.net