Məzarı işğalda olan Şəhidimiz-Telman Həsənov
Featured

15 Noyabr 2018

"Şəhidlər vurulduğunda deyil, unudulduğunda ölər" məsəli yerində deyilib. Biz Şəhidlərimizi layiq olduqları sevgi ilə xatırlayırıqmı, ruhlarını yad edirikmi?

Vetenugrunda.az bu gün oxucularına daha bir Şəhidimizi Telman Həsənovu xatırladacaq.

Telman Həsənov 1939-cu ildə 15 noyabrda Xankəndi şəhərinin Kərkicahan rayonunda dünyaya gəlib. Təhsilini Xankəndi şəhəri 4 saylı tam təmayüllü orta məktəbində alıb.

Məktəbi 1956-cı ildə qızıl medalla bitirib və Bakı Yanğından Mühafizə İdarəsi nəzdindəki İnstitutda dərs alıb. Sonra bir müddət həmin komandanlıqda işləyib. 1963-cü ildə Xankəndidəki yanğından mühafizə alayına göndərilib.

1968-ci ildə ailə həyatı qurub. 1975-ci ildə ermənilərin fitnəsi ilə vəzifəsindən çıxarılıb. 1984-cü ildən Xankəndi və Xocalı tikinti idarələrində iş icraçısı kimi çalışıb.

Telman Həsənov hər zaman aktiv olmağı, öndə durmağı sevirdi. O, Qarabağ müharibəsində də sinəsini vətəni uğurunda sipər edib. Xankəndidə azərbaycanlılardan ibarət birinci könüllü dəstənin başçısı olub.

1991-ci ilin payızında ermənilər Kərkicahanı güclü atəşə tutublar. Bu zaman güllələrdən biri onun ürəyinə dəyib və o, Şəhid olub. Atışma o qədər güclü olub ki, onun meyitini 5 saat ərzində döyüş meydanından çıxara bilməyiblər. 

Telman Həsənovu Xankəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. 

Top
JoomlaLock.com All4Share.net