Alparslan Türkeşin erməni sevgisi-VİDEO
Featured

28 Noyabr 2018

Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının qurucusu və ilk sədri Alparslan Türkeşin erməni sevgisi bu gün də müzakirə edilməkdədir. Oğlu Yıldırım Tuğrul Türkeş atasının ermənipərəstliyini hər nə qədər ört-basdır etməyə çalışsa da bu əziyyəti boşa getməkdədir. Çünki tarix heç nəyi unutmur. 

Vetenugrunda.az Alparslan Türkeşin erməni sevgisinin fontan vurduğu çıxışlarından birini oxuculara təqdim edir. 

1993-cü ildə Rusiyanın Ermənistana yardımları kəsildi və soyuq qış ayında çörəksiz qalan erməilərə birinci əl tutan qonşu və qardaş Türkiyə dövləti oldu. 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqrımını unudan Türkiyə dövləti o zaman Ermənistana yanacaqla, pulla və ərzaqla yardım edir. Türkiyə Ermənistana 41 min ton buğda verir. Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl bunu insanlıq naminə etdiyini deyir.

Azərbaycanlılar öz ata-baba torpaqlarında ermənilər tərəfindən mühasirəyə alınanda, sıxışıb aclıqla, ölümlə çarpışanda Azərbaycan prezidenti Əbülfəz Elçibəy dəfələrlə Türkiyədən yardım istədiyini deyir. Lakin Türkiyə bu yardımı vermir. Türkiyə yardımı Azərbaycana deyil, Ermənistana göndərir. Türkiyə hökuməti Azərbaycan torpaqlarında ölümlə çarpışan qanıbir, dinibir bacı-qardaşlarını deyil, erməniləri xilas etməyə can atır və buna nail olur.

Картинки по запросу alparslan türkeş elçibəy

İstanbulun Esenyurt bələdiyyəsinin o dövrdəki sədri Gürbüz Çapan Ermənistana səfərini Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirildiyini deyir. O, əslində Petrosyan-Türkeş görüşməsini təşkil etmək üçün Ermənistana göndərilir və ermənilərin qondarma soyqırım abidəsini də ziyarət edir: "O dövrdə erməni daşnak partiyasının Fransa üzrə təmsilçisi Samson Özararat Avropadan Ermənistana göndərilən humanitar yardımları təşkil edən bir dərnəyin rəhbəri idi. S.Özararatın xahişi ilə Türkiyə Ermənistana 41 min ton buğda göndərdi. Ancaq iqtidarda olan Levon Ter-Petrosyan hakimiyyəti radikal erməni millətçilərinin təzyiqindən çox narahat olaraq çəkinirdi. Bununla əlaqədar olaraq S.Özararat Alparslan Türkeşlə Ankarada görüşür. Həmin görüş zamanı A.Türkeş deyir ki, 1915-ci il hadisələri 600 illik münasibətlərin qəzasıdır.

Türkeş deyirdi ki, 1915-ci il hadisələrini xarici dövlətlər qabardaraq, türk-erməni münasibətlərini normallaşmağa imkan vermirlər. A.Türkeşin bu cür fikirlərindən sonra S.Özararat ondan xahiş edir ki, o, bu sözləri Ermənistan prezidentinə də şəxsən söyləsin. A.Türkeş isə bu xahişi qəbul edir."

G.Çapan bildirir ki, A.Türkeş və L.Ter-Petrosyan 1993-cü il martın 13-də Parisin "Concorde meydanı"nda yerləşən "Crillon" otelində görüşürlər: "Həmin görüşə Türkiyə tərəfindən A.Türkeşlə birlikdə səfir Tanşuğ Bleda, səfirlik müşavirləri Menter Şahinler və Tuğrul Türkeş qatılıb. Ermənistan tərəfindən isə xarici işlər naziri Vahan Papazyan və Ermənistan Prezidentinin xarici məsələlər üzrə sözçüsü, tarixçi Gerard Libaridian qatılır. Görüş təqribən 2,5 saat davam edir. Görüşü təşkil edən Samson Özararat bildirir ki, Paris görüşü erməni-türk münasibətlərində dönüş yarada bilər".

Erməniləri aclıqdan xilas edən Türkeş çıxışı zamanı, 1915-ci ildə ermənilərin Türkiyədə və bütün regionda törətdikləri soyqırımı dostluq, insanlıq mübarizəsi kimi qələmə verir və bundan sonra Alparslan Türkeşin "türkçülük damarı" tutur. O, Avropada yaşayan türkləri, müsəlmanları Azərbaycana, Qarabağa yardım etməyə çağırır. Bəzi mənbələrin verdiyi məlumata görə Türkeş bu yolla yığılan 6 milyon dollar pulun hamısını mənimsəyir. Azərbaycana səfər edən və böyük coşqu ilə qarşılanan Türkeş yəqin özü də azərbaycanlıların ona qarşı bu məhəbbətinin səbəbini ölüncə araşdırmalı olub. Yazıq Türkeş hardan bilsin ki, azərbaycanlılar əsrlər boyu onları soyqırıma məruz qoyan ermənin bağrına basıb, "kirvə" tutan, unutqan, niyə sevdiyini, kimi sevdiyini araşdırmağa çox tənbəl olan xalqdır.

O ki qaldı Alparslan Türkeşin millətçilik və türkçülük ideologiyasını təbliğ etməsinə, bu əslində ona tapşırılan vəzifə idi. Bəli, milliyətcə kripto yəhudi, əsl adı Hüseyn Fəzullah olan Alparslan Türkeşin daşıdığı isim ona təsadüfən verilməmişdi. Hüseyn və Fəzullah yaxın tarixdə şeyx qıılığına girən yəhudi missonerlər olub ki, onların da missiyası Türkiyədə millətçilik ideologiyasını təbliğ edərək ölkədə milli zəmində qarşıdurma yaratmaq və Türkiyəni bu yolla parçalamaq olub. Öldükdən sonra müsəlman məzarlığında dəfn edilən şeyx Hüseynin qəbrinin üstündə ölü tapılan yəhudi missoner, iş adamı Üzeyir Qəribin bu sonucu axır ki Hüseynin kimliyini açmağa kömək etdi. 

O ki qaldı yəhud missoner Şeyx Hüseynin xatirəsinə Hüseyn Fəzullah adı verilən, ömrünün sonuna kimi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (ingiliscəsi SİA-Central Intelligence Agency) agenti vəzifəsində çalışan Alparslan Türkeşə, onun ətrafındakıların və onu sevənlərin əksəriyyəti elə ABŞ casuaları və nökərləri idi. Çox az hissə isə özü də bilmədən, Türkeşin fanatına çevrilmişdi.

Alparslan Türkeş SİA-da millətçilik ideologiyasını regionda və eləcə də bütün dünyada təbliğ etmək vəzifəsi ilə yüklənmişdi. Türkiyədə "Türkiyə türklərindir" deməklə digər yerli xalqları qızışdırıb ölkəni parçalamaq, düşmənçilik toxumu səpməklə ABŞ qarşısında götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirirdi.   

Top
JoomlaLock.com All4Share.net