Erməni hərbçilər Şuşa kilsəsində xaç suyuna çəkildi və rəqs etdilər-VİDEO
Featured

28 Noyabr 2018

"Erməni əsgərləri acından ölür, erməni ordusu batır..." deyə başımızın altına daha bir yastıq qoymayaq...

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Şuşa şəhərindəki kilsədə erməni hərbçilərin növbəti xaç suyuna çəkilmə mərasimi keçirilib.

Bu haqda Rusiya mediası xəbər yayıb. Xaç suyuna çəkildikdən sonra işğalçı əsgərlər Qarabağın görməli yerlərini gəzib və sonda Xankəndindəki "Nadejda"("Ümid") şadlıq evində yeyib-içib Azərbaycan musiqilərindən improvizə olunmuş "Artsax" mahnısı sədaları altında keşişlə, qadınlarla birgə rəqs ediblər...

P.S. İstər İrəvanda, istərsə də Xankəndində erməni hərbçilərin xristian dini ayinlərini icra etməsinə xüsusi diqqət ayrılır. Və əsgərləri hissə-hissə xaç suyuna çəkdirmə mərasimi artıq ənənəyə çevrilib. Biz isə gənclərimizin namaz qılıb oruc tutmasından, "Allahu Əkbər" deməsindən qorxuruq... (moderator.az)

Top
JoomlaLock.com All4Share.net