Ermənilər Azərbaycanda 2540 ton NAR YIĞDI...
Featured

28 Noyabr 2018

Biz ATƏT-ə, AŞ-a, ABŞ-a arxayın olub illəri ötürdükcə ermənilər də torpaqlarımızdan daha çox məhsul götürəcək...

Azərbaycanın işğal altındakı torpaqlarının 1360 hektarında ermənilər tərəfindən nar əkilib. Həmin sahələrdən 800 hektarı məhsuldardır, 560 hektarında isə yeni tinglər əkilib. Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərdən birinin ingilis versiyası bu haqda özünü qondarma separatçı-terrorçu rejimin "kənd təsərrüfatı naziri" sayan Jirayr Mirzoyana istinadla məlumat yayıb.

Onun sözlərinə görə, həmin sahələrdən 2540 ton nar yığılıb. J.Mirzoyan qeyd edib ki, onlar məhsuldarlığa 3 il öncədən tətbiq edilməyə başlanmış damcılı suvarma sistemi sayəsində nail olublar...

P.S. Biz ATƏT-ə, AŞ-a, ABŞ-a arxayın olub illəri ötürdükcə ermənilər də torpaqlarımızdan daha çox məhsul götürəcək...

Top
JoomlaLock.com All4Share.net