Yəhudi bəstəkar Xankəndində konsert verdi-VİDEO
Featured

29 Noyabr 2018

Görəsən, Azərbaycan Xarici İşlər Nazirliyi Villi Vayneri "qara siyahıya" salıb?..

Yəhudi əsilli bəstəkar-müğənni, İsrail Bəstəkarlar İttifaqının üzvü, İrəvandakı "Menor" Yəhudi Mədəni Mərkəzinin prezidenti Villi Vayner Azərbaycanın işğal altındakı torpaqlarındakı ermənilər üçün konsert verib.

Bu haqda separatçı erməni saytları məlumat yayıb. Yəhudi bəstəkarın rəhbərliyi ilə İrəvan dövlət kamera xorunun kollektivi "Villi Vayner və onun dostları"("Willy Wiener & Friends") adlı yeni layihə ilə ilk dəfə Xankəndindəki mədəniyyət sarayında çıxış edib.

Villi Vayner erməni jurnalistlərin layihənin ilk təqdimatının məhz Qarabağda keçirilməsinin səbəbi ilə bağlı sualına cavab olaraq bildirib ki, o, "bütün düşmənlərimizin acığına Ermənistanda xoşbəxt yaşamaq" prinsipinə uyğun olaraq Xankəndi ilə bu mədəni körpünü yaradıb..

Qeyd edək ki, bu, yəhudi bəstəkarın Qarabağdakı ilk konserti deyil, o, dəfələrlə Azərbaycan dövlət sərhədini pozaraq Şuşa və Xankəndinə gəlib. (moderator.az)

Top
JoomlaLock.com All4Share.net