Bu gün Şəhid Nurlan Əsgərovun doğum günüdür
Featured

03 Dekabr 2018

Bu gün aprel döyüşlərində Şəhadət zirvəsinə ucalan Nurlan Bayram oğlu Əsgərovun doğum günüdür.

Vetenugrunda.az Nurlan Əsgərovu xatırladır bu gün. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri Nurlan Əsgərov 1995-ci ilin 3 dekabr günündə Masallı rayonunun Kalinovka kəndində anadan olub. 2016-cı ildə aprel döyüşləri zamanı, aprelin 4-də Şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Aprelin 5-i isə Nurlan Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, Şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. 

Top
JoomlaLock.com All4Share.net