Ermənilər Şuşada saxlanan Elnur Hüseynzadəni qaytarmaq istəyir
Featured

05 Dekabr 2018

Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin "xarici işlər nazirliyi" hesab edilən saxta qurum qondarma rejimin Şuşa türməsində qanunsuz həbsdə saxlanılan vətəndaşlarımızdan birinin "vaxtından öncə azad edilməsi" məsələsini müzakirə etməyə hazır olması haqda bəyanat verib.

Bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, söhbət 2017-ci ilin fevralında Tərtər rayonunun Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən əsir götürülmüş 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Elnur Hüseynzadədən gedir.

Qondarma separatçı-terrorçu rejimin sözçüsü Artak Nersisyan bildirib ki, Kəlbəcər girovları Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsindən söhbət gedə bilməsə də, "Artsax hakimiyyəti" "Azərbaycan tərəfinə bir humanitar jest olaraq" ərazisində heç bir ağır cinayət törətməmiş Elnur Hüseynzadəni azad etmək barədə müzakirələr aparmağa hazırdır"...

P.S. Görün, nə günlərə qaldıq ki, torpaqlarımızı işğal edib, üstəlik, vətəndaşlarımızı qanunsuz həbs edənlər bizə "humanist jest" də edir...(moderator.az)

Top
JoomlaLock.com All4Share.net