Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
Featured

05 Dekabr 2018

Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryü Şofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Milan görüşməsi ilə bağlı məlumat verib: "Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək. Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır."

Top
JoomlaLock.com All4Share.net