Bu gün 19 yaşlı Şəhidimiz Səxavət Məhərrəmovun doğum günüdür
Featured

05 Dekabr 2018

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidi Səxavət Məhərrəmov 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kəndində anadan olub.

1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Azərbaycana qayıdıb, Lökbatan qəsəbəsində məskunlaşıb. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirib. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olub. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.

1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yaraqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına Şəhid olub. 

6 noyabr 1992-ci ildə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.

Top
JoomlaLock.com All4Share.net