Aprel döyüşlərində Şəhid olan Mahir Quliyev...
Featured

21 Dekabr 2018

Bu gün Aprel döyüşlərində Şəhid olan Mahir Qədir oğlu Quliyevin doğum günüdür. 

Vetenugrunda.az bu gün oxucularına bu Şəhidimizi xatırladacaq.

Mahir Quliyev 1993-cü ilin 21 dekabrında Bakı şəhərində anadan olub  və Bakıdakı  308  saylı orta məktəbi bitirib. Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 2016-cı ilin 2 aprel tarixində Qarabağ müharibəsində Şəhid olub.  Şəhidmizə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn edilib.

Mahir Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin Elektrotelekomunikasiya və radio mühəndisliyi fakülitəsini bitirib. Həmin il ölkəmizdə I Avropa Oyunları keçirildiyinə görə, ali məktəbləri tez bağladıqları üçün nə diplomunu almışdı, nə də tələbə yoldaşları ilə çəkdirdiyi sonuncu albomunu. O albomda dostları Əbdülməcid Axundovun, Mahir Mirzəyevin, Elvin Mirzəyevin və bir də özünün şəklini görəcəkdi. Ancaq görmədi. Belə olmadı.

Düz 9 ay sonra, Azərbaycan Texniki Universitetinin 2015-ci il məzunları olan bu diplomlu oğlanların 4-ü də bir gündə, eyni döyüşdə şəhid olacaqdılar.

Top
JoomlaLock.com All4Share.net