15 işğalçı ermənini məhv edən Şəhidimizin Şəhadət günüdür
Featured

29 Dekabr 2018

Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun Şəhadət zirvəsinə ucaldığı gündür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da işğalçı ermənilərin hücumunu dəf edərkən Şəhid olub. O, təkbaşına 15 ermənini öldürdükdən sonra yaralanıb. Çingiz Qurbanov bu döyüşdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalıb. Onun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycana təhvil verib.

Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

YADDAŞ

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə universiteti bitirən gənc həqiqi hərbi xidmətə yollanıb.

Top
JoomlaLock.com All4Share.net