Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür
Featured

09 Yanvar 2019

Bu gün, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla ermənini məhv edən Şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür.

O, 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

1992-ci ildə leytenant rütbəsində Daxili Qoşunlarda xidmətə başlayan hərbiçimiz cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub.

1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmancasına Şəhid olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq var.

Top
JoomlaLock.com All4Share.net