Türkiyədə erməni kanalı açılıb
Featured

12 Yanvar 2019

Ermənilərin təsis etdiyi "Luys TV" Türkiyədə fəaliyyətə başlayıb.

Bu barədə məlumatı Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan "Yeni akıt" qəzeti yayıb.

Daha əvvəl Türkiyədə erməni və türk dillərində "Luys" adlı qəzet dərc edilirdi. Yeni telekanalı da həmin qəzetin təsisçiləri işə salıblar.

"Luys" ("İşıq") qəzeti İdarə Heyətinin üzvü Arutyun Kural telekanalın erməni və türk dillərində yayımlanacağını bildirib.

Top
JoomlaLock.com All4Share.net