Bu gün Şəhid Fəxrəddin Qurbanlının doğum günüdür
Featured

13 Yanvar 2019

13 yanvar Şəhid Fəxrəddin Seyfəddin oğlu Qurbanlının doğum günüdür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə Fəxrəddin Qurbanlı yanvarın 13-də 1994-cü idə Bakı şəhərində anadan olub. 

O, orta təhsilini başa vurub, Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil olub.

Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid oldu. Fəxrəddin Qurbanlı həmdə aprel döyüşləri zamanı Şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi.

Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salındı. 

Fəxrəddin Qurbanlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Top
JoomlaLock.com All4Share.net