Buzlaq yüksəkliyində Şəhadətə ucalan Firudin Həsənov
Featured

20 Yanvar 2019

20 yanvar Şəhid Firudin Əli оğlu Həsənovun doğum günüdür.

Vetenugrunda.az bu gün oxucularına Kəlbəcər uğrunda gedən döyüşlərdə Şəhid olan Firudin Həsənovu xatırladacaq.

O, 20 yanvar 1969-cu ildə Bərdə rayоnunun Yеni Daşkənd kəndində anadan оlub. Qazaх Kənd Təsərrüfatı Tехnikumunda təhsil alıb.

10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılıb. Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi.

3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb və Şəhid olub. 

Firudin Həsənov Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunub. 

Top
JoomlaLock.com All4Share.net