Davosda Əliyev-Paşinyan görüşünün görüntüləri-VİDEO
Featured

23 Yanvar 2019

Erməni KİV-ləri ötən gün yanvarın 22-də axşam Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş qeyri-formal görüşə dair qısa videogörüntüləri yayıb. Kadrlara əsasən görüş Dünya İqtisadi Forumunun keçirildiyi binanın otaqlarından birində baş tutub. Qeyri-formal müzakirələrin təfərrüatları məlum deyil.

Nikol Paşinyan özünün Facebook səhifəsində görüşün saat yarım çəkdiyini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu yazıb.

Yanvarın 22-də Davos Ümumdünya iqtisadi forumunda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü baş tutub.

"AzərTAc"  xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.

Paşinyanjurnalistin Azərbaycan prezidenti ilə görüşüb-görüşməyəcəyinə dair sualına cavab olaraq deyib ki, qeyri-formal görüş planlaşdırılır.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti" agentliyinə açıqlamasında Ermənistan rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma "bir neçə faydalı görüş olduğunu" bildirib. Onun sözlərinə görə, MDB sammitində baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub. (virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net