"Erməni soyqırımı"nı təbliğ edən Kamala ABŞ prezidentliyinə namizəd olacaq
Featured

26 Yanvar 2019

Erməni soyqrımını dəstəkləyən Kaliforniya senatoru Kamala Harris ABŞ prezidentliynə namizəd olacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə "ermneihaber.am" xəbər verib. Xəbərdə deyilir ki, Kamala Harris 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd kimi mübarizə aparacaq.

Müxtəlif illərdə ABŞ məhkəmə və qanunverici orqanlarında müxtəlif vəzifələrdə çalışan Harris hər zaman "erməni soyqırımı"nın tanınması uğurunda çalışıb. O, əldə etdiyi bütün məqamlardan səslənərək, dünyanı olmayan "erməni soyqırımı" yalanına inanmağa və dəstəkləməyə çağırıb. 

Kaliforniyanın baş prokuroru işlədiyi dönəmdə Kamala Harris ABŞ-ın ştatlarında "erməni soyqırımı"nı qəbul edən qanunların qəbul edilməsinə dəstək verirdi. O, eyni zamanda "müxtəlif zamanlarda" "erməni soyqırımı"ndan qurtularaq ABŞ-a sığınmış ermənilərə sığorta ödəmələrini almaq üçün yardım edib.

Kaliforniya senatoru olduğu dönəmdə Kamala Harris Konqresdə qaldırılan "erməni soyqırımı"nın tanınması layihəsinə dəstək verdi.

Qeyd edək ki, 1964-cü ildə Kaliforniyada miqrant ailəsində doğulmuş məşhur politoloq və hüquqşünas Kamala Harris ABŞ Demokrat Partiyasının üzvüdür. Onun kiçik bacısı Mayya Harris Hillari Klintonun komandasında çalışır.  

Top
JoomlaLock.com All4Share.net