London teatrında "erməni soyqırımı" təbliğ ediləcək
Featured

26 Yanvar 2019

Londonun məşhur "Finboro" teatrında "erməni soyqırımı" mövzusunda tamaşa qoyulacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Ayın üstündəki canavar" adlı tamaşa "erməni soyqırımı"ndan xilas olan bir cütlüyün həyat hekayəsindən bəhs edir. 

Tamaşada "erməni soyqırımı"ndan xilas olan Aram yad bir ölkədə yeni bir həyata başlayacağına inanır və bunun üçün 15 yaşlı Seda ilə ailə qurmağı düşünür. Guya Seda da "soyqırım" qurbanı olub. 

Teatr tamaşasından sonra tamaşaçıları "erməni soyqırımı" və nəticələri ilə Komitas İnstitutunun təmsilçisi Ara Sarafyanla Erməni İnformasiya və Tərcüməçilik Mərkəzinin təmsilçisi Misak Ohanyan tanış edəcək. 

Tarixdə olmayan "erməni soyqırımı"nı uydurub ortaya atan ermənilər artıq bu iyrənc iddialarını siyasət meydanından mədəniyyət sahəsinə daşıyırlar. Dünyanın ən məşhur insan qatillərindən olan, İkinci Dünya Müharibəsi dönəmində Polşada faşistlərin legionlarından birinə başçılıq edən və yəhudi düşərgələrində öz dəhşətli işgəncə üsulları ilə minlərlə yəhudini məhv edən, Türkiyədə, İranda, Azərbaycanda, Rusiyada minlərlə insanı vəhşicəsinə öldürən Qaregin Nijde haqqında ermənilər çəkidkləri bədii filmlər, sənədli filmlər və kliplərdə onu bir mələk qismində təqdim edirlər. 

Top
JoomlaLock.com All4Share.net