"Daşaltı əməliyyatı"ndan 27 il keçdi
Featured

26 Yanvar 2019

Azərbaycanı daxilindən parçalayan qüvvələrin qara əlləri uzanan digər əməliyyatlar kimi "Daşaltı əməliyyatı" da uğursuzluqla nəticələndi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Daşaltı əməliyyatı" Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata verilən addır. Əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib.

Картинки по запросу Daşaltı əməliyyatı

Daşaltı kəndi

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Daşaltı əməliyyatında qəhrəmanlıqla döyüşmüş Şəhidlərimizin siyahısı:


Abbasov Məhərrəm Abbas oğlu
Abdullayev Azad Yasir oğlu
Ağayev Yusif Balasər oğlu
Abdullayev Ramin Həbib oğlu
Abdullayev Nurəli Hacıbala oğlu
Ağayev Rafiq Qəzənfər oğlu
Bayramov Kamil Canbala oğlu
Bayramov Vaqif Pirəli oğlu
Bayramov Orxan Rauf oğlu
Bünyadzadə Ərəstün Mehdi oğlu
Camalov Elman Hüseyn oğlu
Cavadov Abbas Şəms oğlu
Cəbrailov Həmid Yaşar oğlu
Cəfərov Zaur Firuddin oğlu
Dremaçon Vladimir Vasiliyeviç
Əliyev Bəkir İsa oğlu
Əliyev Hidayət Məcid oğlu
Əhmədov İmamqulu Soltan oğlu
Əlizadə Faiq Əbdülhüseyn oğlu
Əliyev Ağabala Mirzəbala oğlu
Əlicanov Baxış Məmməd oğlu
Əmirov Rəfail Mənsur oğlu
Fətullayev Abbas Ağahüseyn oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Hüseynov Ramiz Allahverdi oğlu
Həsənquliyev Şirindil Cavad oğlu
Hacıbabayev Tofiq Arif oğlu
Həsənov Sədrəddin Qardaşxan oğlu
Həsənov Sərxan Altay oğlu
Həsənov Oleq Xasay oğlu
Xəlilov Rövşən Allahverdi oğlu
Xudayev Füzuli Cəmil oğlu
Xudayev Çingiz Elman oğlu
İbrahimov Cavanşir Zeynal oğlu
İbadov Şirzad Cavanşir oğlu
İsmayılov Elxan Nazim oğlu
İsgəndərov Əliyar Hüseyn oğlu
Kərimov Elxan Sunbay oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Qiyasov İlqar Əsgər oğlu
Qasımov Sərxan Lətif oğlu
Qədiməliyev Nizami Gülməmməd oğlu
Qədirov Taleh Ələkbər oğlu
Quliyev Məhəmməd Fərrux oğlu
Qəhrəmanov Qəhrəman Qaçay oğlu
Malikov Amil Əliheydər oğlu
Mirzəyev Rizvan Bilal oğlu
Mustafayev Sabir İslam oğlu
Mikayılov Baba Bilikişi oğlu
Məmmədov Müşfiq Yusif oğlu
Məmmədov İlqar İnqilab oğlu
Məmmədov Mahir Arif oğlu
Mehtiyev Nazim Əli oğlu
Nəcəfov Rövşən Hacı oğlu
Namazov Azər Rəhim oğlu
Niftalıyev Adil Kamal oğlu
Nəsirov Arif Əmiraslan oğlu
Nuriyev Rafiq Əli oğlu
Nəcəfov Rəhman Hacı oğlu
Piriyev Ehtiram Bayram oğlu
Rüstəmov Azad Bala oğlu
Rəsulov Atəş Hacı oğlu
Soltanov Kazım Hacı oğlu
Səfərov Rövşən Qiyas oğlu
Şamilov Sərraf Bakir oğlu
Tahirov Vaqif Sabir oğlu
Tahirov Əlövsət Kamran oğlu
Vəlicanlı Süleyman Məbud oğlu
Zülalov İsfəndiyar Adil oğlu
Zeynalov Sahib Əliheydər oğlu
Əhmədov Riyad Fikrət oğlu
Musayev Vaqif Dursun oğlu
Şirinov Elcan
Qasımov Veysəl Həbib oğlu
Hüseynov Telman
Nəsirov Zahid Rafael
Abutalıbov Eyvaz Cəmil oğlu
Ələkbərov Zahid Vəliş oğlu
Məhərrəmov Nazim Tofiq oğlu
Rüstəmov Sabir Gəray oğlu
Səfərov Şahverdi Bəhlul oğlu
Quliyev Oqtay Gülməmməd oğlu
Ələkbərov Arzu Bəhram oğlu
Məmmədov Habil Qabil oğlu
Həşimov Pərviz Varaşil oğlu

Allah Şəhidlərimizə Rəhmət etsin.

Top
JoomlaLock.com All4Share.net